
HƏYATIN QARIŞIQ SIĞORTASIHəyatın qarışıq sığortası proqramını əldə etməklə Siz nəinki həyatınızda baş verəcək önəmli günə pul yığımınızı təmin edirsiniz, həmçinin bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi, əlillik və ölüm hadisəsi zamanı ailə üzvlərinizin maddi təminatına nail olursunuz. Sığorta məbləği aşağıdakı hallarda ödənilir:
Əlbəttə ki, pul vəsaitlərini bank hesabında da yığmaq mümkündür. Lakin bank depozit hesabından fərqli olaraq sığorta olunan şəxs ödənilmiş məbləğ və yığılmış faizlərdən başqa özünün vəfatı halında ailəsinin gələcək maliyyə təminatının əminliyini də əldə edir. Məsələn, siz müqavilə qüvvəyə mindiyi tarixdən yalnız iki ay ərzində sığorta haqqını ödəmişsiniz və bundan sonra sığorta hadisəsi baş vermişdir. Bu halda yenə də sığorta şirkəti tərəfindən sığorta məbləği həcmində ödəniş həyata keçirilir. Pulları bank hesabına qoyduqda sizin varisləriniz yalnız qoyduğunuz məbləği ala biləcəkdir.
|