Region seçimi:

 

 

İNŞAAT-MONTAJ IŞLƏRININ SIĞORTASI

“Atəşgah” sığorta şirkəti inşaat-montaj riskləri üzrə kombinasiya edilmiş sığorta xidmətləri təqdim edir (əmlak + üçüncü şəxslər qarşısında məsuliyyət). Sığorta müdafiəsi bütün gözlənilməz və qəfil hadisələr nəticəsində baş verən bütün risklərə tətbiq edilir.

Sığorta obyektləri

İnşaat-montaj işlərinin həm kompleks şəklində, həm də onun ayrıca tərkib hissəsi kimi sığortalana bilər, bura daxildir:

  • Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində inşa edilən tikinti, yenidən qurma, təchizat vasitələrinin yeniləşdirilməsi və əsaslı təmiri, həmçinin inşaat meydançasında saxlanılan avadanlıq, inşaat materialları, konstruksiya və digər avadanlıqlar;
  • əmlak və bitməmiş inşaat obyektləri;
  • inşaat meydançasının avadanlığı;
  • İnşaat maşınları, mexanizmləri və avadanlıq;
  • İşə salma – sazlama işlərinin kompleksi;

Həmçinin sığortalana bilər:

  • İnşaat-montaj, işə salma-sazlama işləri üzrə və təminat müddəti zamanı, üçüncü şəxslər qarşısında mülki məsuliyyət;

Sığortaya şamil oluna bilər:

  • İnşaat-montaj işlərinin bütün müddətinə;
  • Ayrıca, 3 ilə qədər, müddətə;

Sığorta məbləği, aşağıda qeyd edilənlər nəzərə alınaraq, təyin edilir.

  • Tikinti montaj işləri üzrə - görülən işlərin qiymətlə ölçülən layihə dəyəri, material və digər tikinti elementlərinin, əmək haqqının, daşınma xərcləri, gömrük rüsumu və digər rüsumların smeta məbləğini aşmamalı;
  • İnşaat texnikasının və inşaat meydançasının təchizatı üzrə - avadanlığın və maşınların bərpa edilmə məbləği və yaxud yenisinin, itirilmiş və yaxud zədələnmiş avadanlığın sığorta müqaviləsi bağlanan (bazarda) mövcud olan real qiymətin məbləğini aşmamalı;

Üçüncü şəxslər qarşısında məsuliyyət sığortasının sığorta məbləği, aşağıda qeyd olunan şəxslərə, yetirilmiş zərərin ödənişinin son həddi kimi və tərəflərin qərarı ilə təyin edilir:

  • Fiziki şəxslərin heyətinə və sağlamlığına dəyən zərər;
  • Fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərər;