KASKO
Biz müəssisə və şirkətlərin avtoparkını qiymətləndirərək, tam sığorta paketini özündə cəmləşdirən, daha optimal sığorta ödənişi təklif edirik. Tam sığorta paketinə KASKO sığorta, hüquqi şəxslərin nəqliyyat vasitəsindən istifadə edərkən mülki məsuliyyət sığortası və sığorta hadisəsi baş verdiyində nəqliyyat vasitəsində olan sürücü və sərnişinlərin bədbəxt hadisədən müdafiəsi daxildir.
Hər bir korporativ müştəri fərdi qiymətləndirilir və nəqliyyat vasitəsinin sayından asılı olaraq bugünkü günə görə Azərbaycan sığorta bazarındakı ən əlverişli qiymət paketi təqdim edilə bilər. Müştərinin tələblərindən asılı olaraq, fiziki şəxslərə təqdim etdiyimiz məsuliyyət limitlərindən daha yüksək limitlər təqdim etməyimiz mümkündür. Əlavə məlumat əldə etmək istəyirsinizsə Şirkətin telefon nömrələrinə zəng edə bilərsiniz