
AVTOMOBİL İCBARI MÜLKI MƏSULIYYƏT SIĞORTASINəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası - sizin təqsirinizdən zərər çəkən üçüncü şəxslər qarşısında maddi məsuliyyətinizin sığortasıdır. Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası, Azərbaycan Respublikası ərazisində, nəqliyyat vasitəsindən istifadə edərək zərər çəkmişlərin həyatına, sağlamlığına və yaxud əmlakına zərər yetirmə riskindən, nəqliyyat vasitəsi sahibinin məsuliyyət sığortasıdır. Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası müqaviləsi – ödənişlər, qiymət. Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası polisi üzrə bir sığorta hadisəsinə görə, 3-cü şəxslərin əmlakına zərər dəydikdə zərər çəkmiş maksimal sığorta ödənişi 1000 manat, 3-cü şəxslərin həyat və sağlamlıqlarına zərər dəydikdə isə 5000 manat təşkil edir. Dəymiş zərər təyin edilmiş ödənişlərin maksimal həddini ötdükdə, kompensasiyanın qalan hissəsi təqsirli şəxs və yaxud ayrıca imzalanmış məsuliyyətin əlavə sığorta proqramı üzrə ödənilir. Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası polisinin qiyməti Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası polisinin fəaliyyət müddəti. Nəqliyyat vasitəsi mülki məsuliyyətinin icbari sığortası müqaviləsi 12 ay müddətinə bağlanılır. |