If insurance accident occurs?

Tənzimləmə prosesi

Qeydiyyat

Əgər qeydiyyatdan keçmisinizsə,

daxil olun

Şəxsi kabinetə daxil ol

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Şifrəni unutmusunuz?

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Təkliflər və şikayətlər

Zəng sifarişi

Bu xidmət sizə həftənin bütün günləri (bazar ertəsi-bazar günü) gecə-gündüz açıqdır.

Agenti çağır

(012)940

İşəgötürənin məsuliyyət sığortası

İşəgötürənin məsuliyyətinin sığortası

Onlayn Müraciət

Bu növ üzrə sığorta predmeti işəgötürənin əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış işçinin və ya işçinin həlak olması halında onun ailə üzvlərinin irəli sürdüyü iddialarla bağlı təzminat vermək öhdəliyinə qarşı təminat verməkdir Bu sığorta ilə təminat verilən işəgötürənin məsuliyyəti qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir

Sığorta  riskləri aşağıdakı hadisələri əhatə edir:

1.  Aşağıdakı işçilərin  təsvirinə uyğun gələn Sığortalının hər hansı işçisinin bədən xəsarəti alması, zəhərlənməsi, istilik zərbəsi alması, yanıqlar alması, donması, batması, işıq və ya elektrik zərbəsi alması, yüksəklikdən yıxılması (düşməsi), heyvanlarla təmasdan zərər çəkməsi, həlak olması, yaxud öldürülməsi:

  • əmək müqaviləsi əsasında işləyən işçilər
  • mülki hüquqi müqavilə əsasında işləri həyata keçirən fiziki şəxslər
  • istehsalat təcrübəsi keçən tələbələr

2. Yuxarıda sadalanan şəxslər aşağıda göstərilən müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən:

  • rəsmi fasilələr də daxil olmaqla İşəgötürənin ərazisində iş günü ərzində işləri həyata keçirərkən
  • işəgötürən üçün həyata keçirdiyi işgüzar səfərlər zamanı
  • iş vaxtı ərzində baş verməsi və işçinin əmək vəzifələrini yerinə yetirməsi ilə bağlı olması şərtilə işçinin ictimai nəqliyyatda və ya piyada hərəkət etməsi zamanı
  • işçinin həmin nəqliyyat vasitəsini işgüzar məqsədlər üçün işəgötürənin rəsmi razılığı əsasında istifadə etmiş olması şərtilə,  işçinin şəxsi minik nəqliyyat vasitəsində hərəkət etməsi zamanı