If insurance accident occurs?

Tənzimləmə prosesi

Qeydiyyat

Əgər qeydiyyatdan keçmisinizsə,

daxil olun

Şəxsi kabinetə daxil ol

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Şifrəni unutmusunuz?

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Təkliflər və şikayətlər

Zəng sifarişi

Bu xidmət sizə həftənin bütün günləri (bazar ertəsi-bazar günü) gecə-gündüz açıqdır.

Agenti çağır

(012)940

Cavidan Rzayev

“…Müştərilərə düzgün informasiya vermək və onlarla sıx əlaqə qurmaq vacibdir”

“Atəşgah” Sığorta Şirkəti Sığorta məsləhətçilərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

Cavidan Rzayevlə müsahibə.

Cavidan, “Atəşgah” Sığorta Şirkətinin məhsuldar sığorta məsləhətçilərindən birisiniz. Əldə etdiyiniz uğurlarınızdan razısınızmı?

Bu barədə onu deyə bilərəm ki, “Atəşgah”  Sığorta Şirkətinə (SŞ) işə düzələrkən heç bir uğur haqda düşünmürdüm. Amma Şirkətdə fəaliyyətimi davam etdirdikcə bir çox uğurlara imza atdım. 2012 - cı ildə “Atəşgah” SŞ tərəfindən keçirilən Sığorta Məsləhətçilərinin İdarəedilməsi şöbəsinə aid rüblük müsabiqələrin yeganə iştirakçısıyam ki, 2012 - ci ilin bütün rüblərində hədiyyə qazanmışam (yəni dörd rübün hamısı üzrə) və 2012 - ci ilin ümumi satış həcmlərinə görə isə illik 2 - ci yeri qazanmışam. Bu məni həm qürurlandırır, həm də daha yeni uğurlara sövq edir.

Özünüz və ailəniz haqda məlumat verə bilərsinizmi?

Əlbəttə. Mən 1985 – ci ildə Bakı şəhərində anadan olmuşam. Ailəmiz beş nəfərdən ibarətdir. İki bacım var. 1992 - ci ildə 70 saylı Pilot Lisey məktəbinə daxil olmuşam. Oxuduğum müddət ərzində ən çox marağım texniki fənlərə olub (Fizika , Riyaziyyat və Kimya). Lisey daxili keçirilən əl işləri  üzrə sərgilərdə iştirak etməyi cox sevirdim. Düzəltdiyim elektroliz və əl fənəri indiyə kimi oxuduğum liseyin fizika guşəsində saxlanılır. Liseyi 2003 – ci ildə bitirmişəm və həmin ildə Azərbaycan Texniki Universitetinin “Nəqliyyat” fakültəsinə daxil olmuşam.

2007 - ci ildə isə “Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı. Yol hərəkətinin təşkili” ixtisasına yiyələnərək universiteti bitirmişəm. Universiteti bitirdikdən dərhal sonra həqiqi hərbi xidmətə çağırılmışam və Dövlət Sərhəd Xidmətinin ordu sıralarında xidmət etmişəm. Hərbi xidməti başa vurduqdan sonra 2011-ci ilə qədər bir çox tanınmış şirkətlərdə eləcə də Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində çalışmışam. 2011-ci ildən isə “Atəşgah” Sığorta Şirkətində çalışıram.

Sığorta məsləhətçisi peşəsinə yiyələnərkən nə kimi çətinlikləriniz olub?

Təbii ki, ilk vaxtlar müştəriləri cəlb etmək üçün bir çox çətinliklərlə üzləşmişəm. Lakin müəyyən zaman  keçdikcə kifayət qədər müştəri bazası toplaya bilmişəm.

Müştərilərinizə neçə sığorta polisi təqdim etmisiniz?

Bu günə kimi müştərilərə təqdim etdiyim müqavilələrin sayı 3000-dən artıqdır.

Sizcə, Sığorta məsləhətçisinin uğur formuluna nələr daxildir?

Düzgün çalışaraq heç bir saxtakarlığa yol verməyərək işləmək. Bundan əlavə, sığorta polislərini müştərilərə təqdim edərkən düzgün məlumat vermək və onlarla sıx əlaqə qurmaq vacibdir.

Müsahibəyə görə təşəkkür edirik!