If insurance accident occurs?

Tənzimləmə prosesi

Qeydiyyat

Əgər qeydiyyatdan keçmisinizsə,

daxil olun

Şəxsi kabinetə daxil ol

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Şifrəni unutmusunuz?

Əgər şəxsi kabinetiniz yoxdursa,

qeydiyyatdan keçin

Təkliflər və şikayətlər

Zəng sifarişi

Bu xidmət sizə həftənin bütün günləri (bazar ertəsi-bazar günü) gecə-gündüz açıqdır.

Agenti çağır

(012)940

Emil Ağabağırov

“Peşəkarlığa gedən yol təkcə icbari sığorta növlərini satmaqdan keçmir”


“Atəşgah” Sığorta Şirkəti Sığorta məsləhətçilərinin idarəedilməsi şöbəsinin mütəxəssisi
Emil Ağabağırovla müsahibə.


Emil, “Atəşgah” Sığorta Şirkətinin qabaqcıl sığorta məsləhətçilərindən birisiniz və sığorta məsləhətçiləri arasında keçirilən müsabiqələrin dəfələrlə qalibi olmusunuz. Şirkətə gəldiyiniz gün bu cür uğur əldə edəcəyinizi heç düşünmüşdünüzmü?

Şirkətə gələrkən haradasa müəyyən qədər uğura imza atacağıma inanırdım. Ancaq işə qəbul olduqdan sonra “Atəşgah” Sığorta Şirkətinin (SŞ), işçilərinə yaratdığı şəffav və obyektiv diqqətindən sonra daha da artıq uğurlara imza atdım. Belə ki, illər üzrə keçirilən bütün rüblük müsabiqələrin hamısında, eləcə də digər müsabiqələrdə qalib olmuşam, fəxri fərmanlar qazanmışam. 2012 -ci ildə illik satışıma görə “Atəşgah” SŞ- də sığorta şirkətində 3-cü yerə sahib olmuş və qiymətli hədiyyə qazanmışam.

Neçə yaşınız var? Təhsilinız və iş təcrübəniz haqda qısa məlumat verə bilərsinizmi?

Əlbəttə. Mən 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. 1991-ci ildə Bakı şəhəri, Xətai rayonunda yerləşən 265 saylı orta məktəbə daxil olub 2001-ci ildə həmin məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra elə həmin il  2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinə daxil olmuşam. 2006-cı ildə həmin Universitetin “Mühasibat uçotu və audit” ixtisasına yiyələnmişəm. 2006-cı ildən 2011-ci ilə qədər tikinti sahəsində mühasib, baş mühasib vəzifələrində çalışmışam. Artıq 2011-ci ildən “Atəşgah” SŞ-də çalışıram. İlk olaraq sığorta məsləhətçisi kimi indi isə Sığorta məsləhətçilərinin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsində çalışıram. 2013-cü ildə “Atəşgah” SŞ-də sığorta məsləhətçilərindən ibarət Komitə yaradıldı və paralel olaraq həmin komitəyə üzv olmaqla yanaşı eyni zamanda komitəyə sədr təyin edildim.

Şirkətdə çalışdığınız zaman hər hansı çətinlikləriniz olubmu?


Şirkətdə çalışdığım zaman bir çox çətinliklərlə üzləşmişəm. Bəzi müştərilərin sığortaya mənfi fikirlərlə yanaşması, bundan başqa sığorta bazarında rəqabət… Lakin bunlara baxmayaraq “Atəşgah” SŞ-nin sığorta bazarında olan xüsusi reytinqi, şirkətdə aldığım təlimlər və addımlayaraq qazandığım təcrübələr imkan verib ki,  müştəriləri inandırım, şirkəti layiqincə təmsil edim. Çox şükürlər olsun ki, buna nail olmuşam.

Bu günə kimi müştərilərinə neçə sığorta polisi təqdim etmisiniz?


Şirkətdə çalışdığım dövr ərzində 2000-dən artıq sığorta polisi satmışam.

Fikrinizcə, peşəkar sığorta məsləhətçisi olmaq üçün nə etməli? Bu sahədə yeni fəaliyyətə başlamış həmkarlarına nə tövsiyə edərdiniz?

Peşəkarlığa gedən yol təkcə icbari sığorta növlərini satmaqdan keçmir. Paralel olaraq könüllü sığorta növlərinin satışını da həyata keçirmək lazımdır. Burada bir vacib məqam var - Yalnız və yalnız çalışmaq. Xüsusi ilə sığorta məhsullarını müştərilərə satarkən sırf gələcəkdə baş verə biləcək zərərləri, itkilərin təmin edilməsi məqsədi ilə satmaları vacibdir. Bu əsl peşəkarlıqdır. Sonda isə sığorta sahəsində çalışan hər bir kəsə yalnız uğurlar arzulamaq istərdim.

Müsahibə üçün təşəkkür edirik!