Region seçimi:

TƏKRARSIGORTA

Şirkətin sığorta əməliyyatlarının stabilliyinin, maliyyə dayanıqlılığının və rentabelliyinin əsas faktorlarından biri müxtəlif növ sığorta sinifləri üzrə təkrarsığorta proqramlarının mövcud olmasıdır.
“Atəşgah” Sığorta Şirkəti Azərbaycan daxili təkrarsığorta bazarının inkişaf etməsində aktiv iştirak etməklə yanaşı birinci sinif beynəlxalq sığorta və təkrarsığorta şirkətləri və brokerləri ilə bu sahədə daha sıx işgüzar münasibətlər qurur.
Sığorta portfelinin effektiv idarə olunması və müştərilərinə və partnyorlarına əlavə zəmanət verilməsi məqsədi ilə “Atəşgah” Sığorta Şirkəti yerli və beynəlxalq bazarlarda fakultativ və obliqator təkrarsığortadan istifadə edir. Bu, şirkətin öz portfelini etibarlı şəkildə müdafiə etməyə və öz üzərinə maksimal sayda risk götürməyə imkan verir.
Şirkətin əsas təkrarsığortaçıları beynəlxalq sığorta bazarında lider mövqelərdə yer alan yüksək etibarlılıq reytinqlərinə malik sığorta və təkrarsığorta şirkətləridir: Munich Re (Almaniya), Hannover Re (Almaniya), AXA (Fransa), SCOR (Fransa), Generali S.p.A. (İtaliya), ACE American (ABŞ), ACE European (İngiltərə), Polish Re (Polşa), Eurasia (Qazaxıstan), Russian Re (Rusiya), ROSNO (Rusiya), İnqostrax (Rusiya), Milli Re (Türkiyə) və s.
“Atəşgah” Sığorta Şirkəti həmçinin Willis, Marsh, Nausch Hogan & Murray Inc., Société de Courtage Re, MAI Insurance Brokers,  Malakut, Koray Siğorta və s. sığorta və təkrarsığorta brokerləri ilə əməkdaşlıq edir.