940 Daxil ol

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

14.10.2021

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Namizədə tələblər

  • Yaş həddi : 22-28
  • Təhsil: Ali
  • İş təcrübəsi: İnformasiya təhlükəsizliyi sahəsi üzrə  1 il (Cybersecurity)
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
  • Linux/Unix, Android, İOS, RouterOS, MS Windows,

 

Vəzifə öhdəlikləri

  • İnformasiya sistemlərinin təhlil və mühafizəsi;
  • Kommersiya sirri və məxfi məlumatların mühafizəsinin təşkili;
  • Proqram təminatınlarında boşluqlarının aşkarlanması;
  • Pentestlərin aparılması və hesabatların hazırlanması;
  • SIEM və informasiya sistemlərinin təhlili (Log-ların monitorinqi);
  • Kiber təhdidlər təhlili və qarşısnın alınması;
  • İnformasiya Təhlükəsizliyi şöbəsinin funksionalı ilə bağlı bilavasitə xidməti tapşırıqlarını yerinə yetirilməsi.

 

Şəxsi keyfiyyətlər

  • Riyazi düşünmə;
  • Analitik təhlil;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Böyük komandanın bir üzvü olmaq;
  • Konfidensiallığa riayət etmə bacarığı;

 

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqı 600 AZN
  • Sınaq müddətindən sonra 700 AZN

 

Məlumatlandırıcı qeydlər

  • Diqqət! Xahiş olunur iş elanı ilə diqqətlə tanış olasınız;
  • Özünüz haqda məlumatı Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur;
  • Anketdə əsas şəxsi məlumatları düzgün və aydın qeyd edin (Doğum tarixi mütləqdir);
  • Unutmayın ki, namizədliyinizin baxılmasında özünüz haqda məlumatların düzgün təqdim edilməsi mühüm rol oynayır;
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
  • Özünüz haqda məlumatları göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun;
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

 

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.

Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.  Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.