940 Daxil ol

İT layihələrə dəstək şöbəsinin mütəxəssisi (Software Tester)

14.10.2021

                          İT layihələrə dəstək şöbəsinin mütəxəssisi  (Software Tester)

 

Namizədə tələblər

  • Təhsil: Ali
  • İş təcrübəsi: ən azı 2 il müvafiq sahə üzrə
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
  • SQL və proqramlaşdırma dilləri (C#) üzrə baza bilikləri
  • Bug tracking izləmə sistemləri ilə təcrübə (TFS)
  • GUI Test Automation tools-lar ilə təcrübə (Selenium WebDriver, HP QTP, AutoIt və s.)
  • Test metodologiyaları üzrə biliklər (Functional, Automation, Performance və s.)
  • Unit testing üzrə ilkin biliklər
  • Analitik təhlil etmə və operativlik bacarığı
  • Komandada işləmə bacarığı

 

Vəzifələr

  • Proqram təminatının tələbləri və texniki xarakteristikalarından asılı olaraq proqramın testləşdirilməsi üzrə Testsuite və Testcase -lərin hazırlanması
  • Modul, sistem və istifadəçilər səviyyəsində test işləri daxil olmaqla proqram təminatı üzrə test işlərinin həyata keçirilməsi
  • GUI Test Automation alətlərindən istifadə etməklə UI testlərin hazırlanması

 

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı : 600 – 1000 azn (bilik və bacarıqlarına əsasən təyin olunur)

 

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com  mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrə dəstək şöbəsinin mütəxəssisi  (Software Tester)”  qeyd etmələri xahiş olunur.

 

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.

Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.  

Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.