940 Daxil ol

Telemarketinq xidmətinin satış üzrə meneceri

12.08.2021

Telemarketinq xidmətinin satış üzrə meneceri

Namizədə tələblər

  • Yaş: 21-35
  • Cins: Qadın
  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

  • Ünsiyyət qurmaq bacarığı
  • Yüksək nitq mədəniyyəti
  • Yüksək təqdimat bacarığı
  • Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı  
  • Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
  • Səlis, aydın, əmin danışıq tərzi
  • Satış bacarığı, təqdimat qabiliyyəti

 

Əsas vəzifə öhdəlikləri

  • Telefon vasitəsilə sığorta məhsullarının satışı
  • On-layn alış və sorğuların cavablanması və monitorinqi
  • Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 10:00 - 17:30
  • Sabit əmək haqqı 350-400 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin operatoru   ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.

Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.  

Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.