940 Daxil ol

FAQ

Tez-tez verilən suallar

Tibbi sığorta

Sığorta kartımdan necə istifadə edə bilərəm?

Səhhətinizdə hər hansı narahatçılıq yarandığı zaman kartın üzərindəki nömrələrlə əlaqə saxlayıb həkimə
yazılırsınız.

Tibb müəssisəsində xidmətin sığorta proqramına daxil olmadığını izah edərək tibbi xidmətlər üçün pul ödəməyi təklif edirlər. Mən nə etməliyəm?

Əvvəlcə təminat şərtləri ilə tanış olmaq lazımdır, sonra (012) 940, (012) 497 17 37, (012) 497 17 67 nömrələri ilə SŞ-nin Tibbi Yardımın Təşkili şöbəsinə müraciət etmək lazımdır.

DƏİS

Sığorta məbləği nə qədərdir?

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği , əmlakın yerləşdiyi şəhərdən asıllı olaraq 15 000, 20 000 və 25 000 AZN təşkil edir. 

İcbari əmlak sığortası üzrə sığorta hadisə baş verərsə nə etmək lazımdır?

(012) 940 nömrəyə zəng edin.

Hansi müddət ərzində dəymiş zərər qarşılanır?

Zərərlərin qarşılanması 7 iş günü ərzində həyata keçirilir

Həm mənim mənzilim, həm də qonşumun mənzili sığorta hadisəsi zamanı ziyan çəkirsə, həmin təqdirdə kim ödəniş alacaq?

Sığorta hadisəsi baş verdikdə zərərin ödənilməsi yalnız sığortalı şəxsə təqdim edilir.

Hansı müddət ərzində sığorta hadisəsi üzrə ərizə təqdim etmək lazımdır?

Sığorta tələbi 3 iş gün ərzində verilə bilər.

Səfər sığortası

Sığorta haqqı nədən asılıdır?

Sığorta haqqı səyahət müddəti və məqsədindən, sığorta paketi, əhatə dairəsindən və sığortalının yaşından asılı olaraq dəyişilir. Səyahətə getməmişdən əvvəl sığorta agentinə bütün məlumatı təqdim etməlisiniz və bundan asılı olaraq sığorta haqqı dəyişəcəkdir.

Səfər sığortası hansı xərcləri qarşılayır?

Sığorta şəhadətnaməsi ilə seçmiş olduğunuz sığorta paketindən asılı olaraq aşağıdakıları:

Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclər* *Ürək-damar xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə limit - 5000

Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi daşınma xərcləri

Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı repatriasiya xərcləri

Fərdi qəza nəticəsində sığorta olunanın vəfat etməsi

Fərdi qəza nəticəsində sığorta olunana birinci dərəcəli əlilliyin təyin edilməsi

Xaricə səfər zamanı baqajın sığortası

Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsi

Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi (* Şərtsiz gözləmə müddəti - 1 gün; Gündəlik limit - 120)

Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası

Sığorta şəhadətnaməsini xaricdə necə istifadə etmək olar?

Tibbi xərclərlə bağlı Sığorta şəhadətnaməsində (Polisdə) göstərilən nömrə vasitəsilə Servis Mərkəzinə məlumat vermək lazımdır. Digər sığorta hallarında birbaşa Sığorta Şirkətinin qaynar xəttinə müraciət edilir

Tibbi xidmətlərin dəyərini özüm ödəmişəmsə, nə etməliyəm?

Tibbi xərcləri özünüz ödədiyiniz təqdirdə, səfərdən qayıtdığınız tarixdən 30 təqvim günü ərzində ərizə və müvafiq sənədlərlə Sığorta Şirkətinə müraciət edə bilərsiniz. Müraciət etməzdən əvvəl

Sığorta Şirkətinin qaynar xəttinə zəng edib sənədlərin siyahısını dəqiqləşdirmək mümkündür. Əgər Servis Mərkəzinə məlumat vermək mümkün olmamışdırsa (bu hal müvafiq qaydada təsdiq edilməklə), bunu ilk imkan olduqda etməlisiniz. Unutmayın ki, Sığorta Şirkətinin Servis Mərkəzi ilə razılaşdırılmamış xərcləri ödəməmək hüququ vardır.

İcbari avtoməsuliyyət sığortası

Üçüncü şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Üçüncü şəxs dedikdə, sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.

Qüvvədə olan sığorta müqaviləsi haqqında necə məlumat öyrənmək olar?

Dövlət qeydiyyat nışan nömrəsini 9707 nömrəsinə SMS göndərərək, https://isb.az/ saytına baxaraq və ya https://polis.ateshgah.com/clientportal/login şəxsi kabinetdən qeydiyyatdan keçərək.

Hadisə zamanı bir neçə nəqliyyat vasitələrə zərər dəyərsə sığorta məbləği neсə bölünür?

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa və zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi 5000 manatı aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

AVSMMİS üzrə sığorta hadisədi baş verdikdə dəymiş zərər məbləğinə hansı xərclər daxil edilir və ödənilməlidir?

3-cü şəxsin əmlakına və sağlamlığına dəyən zərərin ödənişi

KASKO

KASKO üzrə sığorta məbləği nə qədər təşkil edir?

KASKO üzrə sığorta məbləği sığorta şəhadətnaməsində nəqliyyat vasitəsinin bazar dəyərinə müvafiq olaraq təyin edilir.

KASKO üzrə sığorta hadisəsi baş verdikdə nə etmək lazımdır?

Sığorta hadisəsi baş verdikdə Sığortalı dərhal Sığortaçıya 7/24 əlaqə telefonu: (012) 940, sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq Dövlət Orqanlarına məlumat verməlidir.

Kasko üzrə sığorta hadisə baş verərsə nə edilməməlidir?

Əməkdaşımız və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməməlidir və hadisə yerini tərk etməməlidir.

KASKO üzrə ödənişdən imtina səbəbləri

Sığorta qaydalarının və sığorta müqaviləsinin pozulduğu, habelə zədələnmiş nəqliyyat vasitələrinin müstəqil olaraq tam və ya qismən təmiri.

Sığortalı hadisə baş verdikdə nə etmək lazımdır?

Sığorta olunan SŞ-nə müraciət edərək aşağıdakı məlumatı təqdim edir:

Yük sığortası

SŞ-nin əməkdaşlıq etmədiyi tibb müəssisəsindən təqdim edilən qəbzlər əsasında geri ödəniş neçə alınır?

Sığorta olunan Atəşgah SŞ ilə əməkdaşlıq etməyən tibb müəssisəsi və ya həkimdə müayinə keçməsi haqqda məlumatı SŞ-nin Tibbi Yardımın Təşkili şöbəsinə əvvəlcədən bildirməlidir.

Sığorta olunan tibbi xidmətlərdən keçdikdən sonra SŞ-nə tibb müəssisəsi göstərilməklə aşağıdakı sənədləri təqdim etməlidir:

• ödənilmiş hesabın əsli (qəbz)

• göstərilən xidmətlərin siyahısı və qiymətləri

• ambulator və ya stasionar xəstənin tibbi kartından çıxarış

• ərizə (sənədlər təqdim edildiyi zaman yazıla bilər)

• şəxsiyyət vəsiqəsinin və sığorta kartının surəti

• sığorta olunanın adına Bankda açılan hesabdan çıxarış (əmək haqqı hesabı istisna olmaqla).

Sənədlər tibbi xidmətlərin göstərildiyi vaxtdan bir aydan gec olmayan müddətdə Atəşgah SŞ-nə təqdim edilməlidir, şirkətə yaxınlaşaraq və ya kuryer xidməti vasitəsi ilə (ünvan:Ceyhun Hacıbəyli küç. 218, Baku Az1007). Sənədlərin qəbulu tibbi ekspertiza əməkdaşları tərəfindən şənbə və bazar günləri istisna olmaqla saat 09:00-17:30 radələrində qəbul edilir (13:00-14:00 -nahar fasiləsi).

Ödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim edilməsindən sonra 15 iş günü ərzində həyata keçirilir. Ödənişin məbləği sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin edilir.

Yük sığortası nə deməkdir?

Yük sığortası – yükün daşınması prosesində baş vermiş müxtəlif sığorta hadisələr nəticəsində dəymiş ziyan zamanı yük sahiblərinin əmlak maraqlarının müdafiəsi məqsədi daşıyan əmlak sığortasının bir növüdür.