940 Daxil ol

Podratçının maşın və avadanlığının sığortası

Avadanlıq sığortası

Podratçının maşın və avadanlığının sığortası

 
Podratçının maşın və avadanlığının sığortası növü üzrə Sığortaçı,həmin Sığorta müqaviləsində təsbit edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində aşağıda qeyd olunan sığorta risklərinin təsiri nəticəsində maşın və ya avadanlıq  həmin  maşın və ya avadanlığın təmir edilməsini və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və ya oğurlanarsa və belə zədələnmə, məhvolma və ya oğurluq sığorta qayadalarında  qeyd edilən  istisnaların altına düşməzsə, Sığortaçı 
Sığortalıya belə zədələnmənin, məhvolmanın və ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini ödəmə, zədələnmiş maşın və avadanlığın əvəz edilməsi və ya təmir edilməsi yolu ilə, sığorta müqaviləsində hər bir maşın və avadanlıq üçün nəzərdə tutulan sığorta məbləğin çərçivəsində ödəyəcək:   
 
• Yanğın
• İldırım vurması
• Partlayış
• Fırtına, tufan, qasırğa
• Dolu
• Sel (daşqın)
• Zəlzələ
• Üçüncü şəxslərin qərəzli hərəkətləri
• Oğurluq, quldurluq , qaçırmavəsoyğunçuluq
• Heyvanlarınhərəkəti
• Kənarpredmetlərindüşməsi, dəyməsi
• Toqquşma
• Aşma
• Torpaqsürüşməsi
• Torpaqçökməsi
 

Podratçının maşın və avadanlığının sığortası üstünlükləri

 
Podratçının maşın və avadanlığının sığortası tikinti sektorunda istifadə olunur. Tikinti sahəsində müxtəlif qəzalar, xoşagəlməz hallar yaşana bilir. Sığortanın əsas məqsədi qarşı tərəfə dəyə biləcək hər cür maddi ziyanı qarşılamaqdır. Atəşgah sığortaya müraciət edərək “Podratçının maşın və avadanlığının sığortasını” əldə etməklə, siz, sizə dəyə biləcək maddi ziyanın qarşısını ala bilərsiniz. 
Whatsapp-a yaz

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et