940 Daxil ol

Daşınmaz əmlakın icbari sığortası

DƏİS

Daşınmaz əmlakın icbari sığortası

Əmlak sığortası

 
Əmlak sığortası etdirməklə siz dəymiş maddi ziyanın mühüm bir hissəsindən azad ola bilərsiniz. Daşınmaz əmlak sığortasının əsas məqsədi yanğın, təbii fəlakətlər və digər səbəblərdən dolayı əmlaklara dəymiş ziyanı qarşılayaraq əmlak sahibinin gəlirini qorumaq, maddi ziyana düşməsinin qarşısını almaqdır. 
 

Əmlakın icbari sığortası

 
Əmlakın icbari sığortası zəruri sığorta növlərindən biri hesab olunur. Bu sığortanın əsas məqsədi müxtəlif səbəblərdən əmlaka dəymiş ziyanın şirkət tərəfindən ödənilməsidir. 
Yanğın, qaz partlaması və digər səbəblərdən, eyni zamanda zəlzələ, qasırğa, dolu, leysan, ildırım düşməsi və digər təbii fəlakətlər nəticəsində ev və obyektiniz zərər görərsə, bu zaman dəymiş ziyanı siz ödəməyəcəksiniz.  
Çünki bu kimi səbəblərdən yararan hər hansı bir fəsad əmlakın icbari sığortası üzrə sığorta şirkəti tərəfindən qarşılanır.
Məhz buna görə də yarana biləcək hər hansı bir problemdən zamanında yaxa qurtarmaq, maddi ziyana düşməyin qarşısını almaq üçün əmlakın icbari sığortası  kifayət qədər səmərəli sığorta növlərindən hesab olunur.
Ancaq onu da qeyd edək ki, bəzi hallarda əmlaklara icbari sığorta etdirmək mümkün olmur. Həmin hallar aşağıdakılardır:
 
  • Eviniz, obyektiniz ilə bağlı söküntü qərarı varsa; 
  • Əmlakın tikintisi başa çatmayıbsa;
  • Qəzalı vəziyyətdədirsə;
  • Qanunsuz tikilidirsə, bu zaman həmin əmlaklar icbari sığorta etdirməyiniz mümkün deyil. 
Sığorta sayəsində siz rahat bir şəkildə evinizdə yaşaya bilərsiniz. Qiymətlər münasib olduğundan ödəmə ilə bağlı hər hansı bir çətinlik yaşamayacaqsınız. 
 

Daşınmaz əmlakın icbari sığortası haqqında

 
24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. 

 

Daşınmaz əmlakın icbari sığortası dedikdə, əmlak sahiblərinin daşınmaz əmlakı (ev, obyekt və s.) üçün sığorta təminatının alınması tələbi nəzərdə tutulur. Ölkəmizdə son illər bu sahədə xeyli irəliləyişlər olmuşdur. Daşınmaz əmlakın icbari sığortası həm əmlak sahiblərinin, həm də dövlətin xeyrinə olacaq şəkildə asan qaydalarla təşkil olunur. 

Daşınmaz əmlak sığortası üçün əsas məqsəd əmlak sahiblərini təbii fəlakətlər (zəlzələ, sunami, qasırğa), qəzalar (yanğın və s.) və ya digər gözlənilməz hadisələr nəticəsində əmlakın zədələnməsinə və ya məhv olmasına səbəb ola biləcək maliyyə itkilərindən qorumaqdır. Məlum olduğu kimi qaz partlaması, elektrik naqillərində baş verən qısa qapanmalar səbəbindən bir çox ev və əmlaklara xeyli ziyan dəyir, hətta bu fəlakətlər səbəbindən mənzillər, obyektlər tamamilə yararsız hala düşür. 
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

  •  Yanğın, ildırım düşməsi;
  • Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • Elektrik naqillərində baş verən qısa qapanma;
  •  Buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • Su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 
  • Hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • Yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • Üçüncü şəxslərin hərəkətləri.
Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:
  •  yanğın, ildırım düşməsi;
  • məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən,otaqlardan daxil olan su nəticəsində subasma; 
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  • üçüncü şəxslərin hərəkətləri.
Whatsapp-a yaz

Tez-tez verilən suallar

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği nə qədərdir?

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği , əmlakın yerləşdiyi şəhərdən asıllı olaraq 15 000, 20 000 və 25 000 AZN təşkil edir. 

İcbari əmlak sığortası üzrə sığorta hadisə baş verərsə nə etmək lazımdır?

İcbari əmlak sığortası üzrə sığorta hadisəsi baş verərsə (012) 940 nömrəyə zəng edin.

Hansi müddət ərzində dəymiş zərər qarşılanır?

Daşınmaz əmlakın icbari sığortası üzrə zərərlərin qarşılanması 7 iş günü ərzində həyata keçirilir

Həm mənim mənzilim, həm də qonşumun mənzili sığorta hadisəsi zamanı ziyan çəkirsə, həmin təqdirdə kim ödəniş alacaq?

Əmlak sığortası üzrə sığorta hadisəsi baş verdikdə zərərin ödənilməsi yalnız sığortalı şəxsə təqdim edilir.

Hansı müddət ərzində sığorta hadisəsi üzrə ərizə təqdim etmək lazımdır?

Daşınmaz əmlakın icbari sığortası üzrə Sığorta tələbi 3 iş gün ərzində verilə bilər.

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et
play

Hadisə baş verib?