940 Daxil ol

İcbari avtoməsuliyyət sığortası

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

İcbari avtoməsuliyyət sığortası

İcbari avtomobil sığortası

 

İcbari avtomobil sığortası etdirməklə siz, sizə dəyə biləcək maddi ziyanın qarşısını ala bilərsiniz. Məlumdur ki, Bakı və ətraf rayonlarda çox sayda avtomobil olması səbəbindən gün boyu sıxlıq yaranır. Bu sıxlığın nəticəsində təhlükəli anlar yaşana bilir. Avtomobil qəzaları kimi bədbəxt hadisələrin baş verməsindən dolayı həm bir neçə nəqliyyat vasitəsi, həm də insanlar ziyan görə, ölümlə üzləşə bilir. 
 
Kiçik bir qəza belə baş verdiyi təqdirdə maşın zədələnir və nəqliyyat vasitəsinin sahibi xeyli maddi ziyana düşür, eyni zamanda da qarşı tərəf həm maddi ziyana uğrayır, həm fiziki xəsarət alır. İcbari avtomobil sığortası isə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş sığorta növüdür. 
 

Avtomobil Sığortası və İcbari sığorta haqqında

 

Qeyd edək ki, İcbari avtomobil sığortası  3-cü şəxslərin xeyrinə bağlanmış müqavilə hesab olunur. Baş vermiş hər hansı yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi baş verdikdə, “İcbari sığorta” müqaviləsinə əsasən 3-cü şəxslərə (faydalanan şəxslər) dəymiş zərərin əvəzini müvafiq Sığorta şirkəti ödəməyə borcludur.
 
Ancaq avtomobil sahibləri tərəfindən İcbari sığorta ilə Kaso sığorta anlayışları bəzi hallarda qarışdırılır. Bu iki sığorta növü isə bir-birindən fərqlənir. Kasko sığorta müqaviləsinə əsasən hər hansı bir qəza anı baş verərsə, sığorta şirkəti avtomobilə dəymiş zərəri ödəyir. İcbari sığorta müqaviləsində isə sığortalının mülkiyyətində  olan  avtomobil sığortalanmır. Kasko sığorta İcbari avtomobil sığortasndan fərqli olaraq könüllü sığorta növünə aiddir.
 
İcbari avtomobil sığortası haqqında ətraflı məlumat üçün isb yoxla sistemindən də istifadə edə bilərsiniz. İcbari Sığorta Bürosu  icbari sığorta ödənişlərinin düzgün qaydada aparılmasına  və bu ödənişlərin hesablanmasında istifadə olunan sistemə nəzarət edir. İsb yoxla sistemi ilə siz İcbari sığorta və eləcə də İcbari avtomobil sığortası üzrə sığorta müqaviləsini yoxlaya və digər məlumatlar əldə edə bilərsiniz.
 
 

Avtomobil İcbari Sığorta məbləğləri haqqında

 

24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məbləğləri:

  • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN
  • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN 
  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN 
  • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN
Whatsapp-a yaz

Tez-tez verilən suallar

Üçüncü şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Üçüncü şəxs dedikdə, sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.

İcbari avtomobil sığortası üzrə qüvvədə olan sığorta müqaviləsi haqqında necə məlumat öyrənmək olar?

Dövlət qeydiyyat nışan nömrəsini 9707 nömrəsinə SMS göndərərək, https://isb.az/ saytına baxaraq və ya https://polis.ateshgah.com/clientportal/login şəxsi kabinetdən qeydiyyatdan keçərək İcbari avtomobil sığortası üzrə qüvvədə olan sığorta müqaviləsini yoxlaya bilərsiniz.

Hadisə zamanı bir neçə nəqliyyat vasitələrə zərər dəyərsə sığorta məbləği neсə bölünür?

Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa və zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi 5000 manatı aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.

AVSMMİS üzrə sığorta hadisədi baş verdikdə dəymiş zərər məbləğinə hansı xərclər daxil edilir və ödənilməlidir?

3-cü şəxsin əmlakına və sağlamlığına dəyən zərərin ödənişi

Bonus-malus sistemi nədir ?

Bonus-malus sistemi sığorta şirkətləri və  İcbari Sığorta Bürosu (İSB ) tərəfindən avtomobil sığortası mükafatlarını təyin etmək üçün istifadə edilən üsuldur. Bu sistem sığortalının sığorta müddəti ərzində qəzasız olduğu halda sığorta haqlarının azaldılmasını (bonus), bədbəxt hadisə zamanı isə sığorta haqlarının artırılmasını (malus) təmin edir. Bu sistemə əsasən İcbari Sığorta Bürosu (İSB ) nəzarət edir. 

Onlayn əldə et

Onlayn əldə et
Onlayn əldə et
play

Hadisə baş verib?