940 Daxil ol

KASKO

Könüllü nəqliyyat sığortası

KASKO

Avtonəqliyyat vasitələrinin icbari sığorta növündən fərqli olaraq, sığortalı bu sığorta növüylə öz daşınar əmlakını sığortalayır ki, bu da kasko ilə icbari sığorta arasındakı ən önəmli fərqdir.

Sığortalı şəxsin nəqliyyat vasitəsi hərəkət halında ikən və ya dayanarkən zədələnərsə, yanarsa sığortalıya dəymiş ziyan sığortaçı tərəfindən aradan qaldırılır.

Unutmayın ki, gözlənilməz hadisələrin bizə vura biləcəyi iri həcmli maddi zərərlərdən öncədən KASKO sığortası ilə sığortalana bilərik. 

Sığorta riskləri: 

  • avtonəqliyyat hadisəsi;
  • təbii fəlakət;
  • atılmış və ya düşmüş əşya;
  • heyvanların hərəkəti;
  • örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi;
  • yanğın və partlayış;
  • üçüncü şəxsin qanunazidd hərəkəti.
Whatsapp-a yaz

Tez-tez verilən suallar

KASKO üzrə sığorta məbləği nə qədər təşkil edir?

KASKO üzrə sığorta məbləği sığorta şəhadətnaməsində nəqliyyat vasitəsinin bazar dəyərinə müvafiq olaraq təyin edilir.

KASKO üzrə sığorta hadisəsi baş verdikdə nə etmək lazımdır?

Sığorta hadisəsi baş verdikdə Sığortalı dərhal Sığortaçıya 7/24 əlaqə telefonu: (012) 940, sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq Dövlət Orqanlarına məlumat verməlidir.

Kasko üzrə sığorta hadisə baş verərsə nə edilməməlidir?

Əməkdaşımız və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməməlidir və hadisə yerini tərk etməməlidir.

KASKO üzrə ödənişdən imtina səbəbləri

Sığorta qaydalarının və sığorta müqaviləsinin pozulduğu, habelə zədələnmiş nəqliyyat vasitələrinin müstəqil olaraq tam və ya qismən təmiri.

Onlayn əldə et

Onlayn əldə et
play

Hadisə baş verib?