940 Daxil ol

“Atəşgah” SŞ şəhid övladlarına həsr olunmuş tədbir keçirdi

20.09.2021

25 illik fəaliyyəti ərzində korporativ sosial məsuliyyət yönümlü çoxsaylı layihə və tədbirlərə öz imzasını atan “Atəşgah” Sığorta Şirkəti ötən gün bu layihələr sırasına daha birini əlavə etdi.

18 sentyabr 2021-ci il tarixində “Atəşgah” Sığorta Şirkətinin beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbi olan «Стоп Угроза» ilə əməkdaşlığı çərçivəsində möhtəşəm layihə baş tutdu. “Xəyallarımın məktəbi” adlı bu layihə Vətən Müharibəsində canları bahasına döyüşən qəhrəman şəhidlərimizin övladlarına həsr olunmuşdur. Layihənin əsas məqsədi iştirakçılara təhsil həyatında psixoloji dəstək göstərmək və onlara bir sıra təhlükəsizlik qaydalarından bəhs etmək idi.

Təlim zamanı kiçik məktəblilər komandalara bölünərək xəyallarındakı ideal məktəb obrazını kağızlara həkk etmiş, nəticədə çəkdikləri rəsmlərdə yansıtmaq istədiklərini digər iştirakçılara izah etmiş, psixoloji testlər edərək şüuraltında olan qorxu və inanclarını biruzə vermişlər. Belə ki, uşaqların rəsmlərdə istifadə etdiyi rənglər, tərzlər, cizgilər onların hazırki psixoloji durumlarından xəbər verir. Nəticə etibarilə təlim gedişatında iştirakçılar xəyallarındakı məktəbi canlandırarkən onların şüuraltılarının tədrisə qarşı olan psixoloji durumu və qorxuları aşkarlanaraq peşəkarlar tərəfindən yerindəcə dəstək göstərildi.

Təlimdə tapşırıqlar komandalar şəklində yerinə yetirilirdi. Bu da öz növbəsində iştirakçılara komanda ruhunu, bir-birinə dəstəyi aşılamış, eyni zamanda onların kommunikasiya qabiliyyətlərinin artmasına yardımçı olmuşdur.

Əziz övladlarımıza təlim sonunda iştirakları münasibətilə diplom və hədiyyələr paylandı.

Sonda iştirakçılar arzularını yazıb şarlara bağlayaraq səmaya uçurdular. Bizim gələcəyimiz olan əziz övladlar, hər birinizin arzuları çin, uğurları bol olsun!

Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.