940 Daxil ol

“Atəşgah” SŞ onlayn və oflayn xidmət göstərməyə davam edir

18.03.2020

Son günlər dünyada sürətlə yayılan COVİD-19 virusu ilə əlaqədar olaraq ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur.

Bu vəziyyəti nəzərə alaraq,  “Atəşgah” SŞ bayram günləri daxil olmaqla müştərilərə sığorta xidməti göstərməyə davam edəcək.

Müştərilərin rahatlığını nəzərə alaraq sorğular:

- (012) 940 qısa nömrəsi;

- (+994) 55 254 80 10 Whatsapp nömrəsi;

telesales@ateshgah.com e-mail adresi;

- www.ateshgah.com veb-saytı vasitəsi ilə qəbul olunacaq.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.