Namizədə tələblər
- Ali hüquq təhsili;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
- Hüququn mülki, əmək sahələrini və sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər arzuolunandır;
- İş təcrübəsi: Müvafiq sahədə olanlara üstünlük verilir;
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
- Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır).
Əsas vəzifə öhdəlikləri
- Hüquqi sənədlərin (məktub, ərizə, müqavilə və.s) tərtib edilməsi;
- Şirkəti üçüncü şəxslər, məhkəmələr və dövlət orqanlarında təmsil etmək;
- Məhkəmə işləri ilə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq;
- Məhkəmə işlərinin reyestri aparmaq;
- Məhkəmə sənədlərinin arxivləşdirilməsini təmin etmək;
- Fəaliyyət göstərdiyi sahə üzrə qanunvericilikdə baş verən dəyişikliklər və dəyişiklik edilməsi gözlənilən normativ hüquqi aktlar barədə arayışlar hazırlamaq;
- Zəruri hallarda fəaliyyət göstərdiyi sahə ilə bağlı sənədlərin tərcüməsini həyata keçirmək.
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır;
- İş vaxtı 09:00 - 17:30;
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
- Sabit əmək haqqı.
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas (Hüquqi təminat şöbəsi)” qeyd etmələri xahiş olunur.