940 Daxil ol

Korporativ satış şöbəsinin mütəxəssisi

28.08.2023

 

Namizədə tələblər

  • Yaş: 21-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (arzuolunandır)

 

Şəxsi keyfiyyətlər  

 

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

 

Əsas vəzifə öhdəlikləri

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

 

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ telefon və nömrə verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
  • Bonus və rüblük motivasiya

Daha ətraflı məlumat üçün: https://glorri.com/az/ateshgah/63d3dc3a174cc747e872191b-Korporativ%20sat%C4%B1%C5%9F%20%C3%BCzr%C9%99%20m%C3%BCt%C9%99x%C9%99ssisi