940 Daxil ol

Marketinq və PR üzrə mütəxəssis

13.03.2023

Namizədə tələblər

  • Yaş: 25 - 35
  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi :
  • Marketinq və PR sahəsində təcrübəyə malik olmalı;
  • Təşəbbüskar olmalı;
  • Kompyuterdə sərbəst işləməyi bacarmalı;
  • Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
  • İnkişafa meyilli olmalı;
  • Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;
  • Şirkətin daxili əmək nizamı qaydalarını;
  • Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini;
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı-
  • Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (yaxşı) mütləqdir , İngilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

  • Daxili və xarici PR planının hazırlanması;
  • Daxili və xarici PR planı üzrə icra olunan işlər haqqında hesabatın hazırlanması;
  • Daxili və xarici PR-ın monitorinqi (media ilə sıx əlaqələr də daxil olmaqla);
  • Müxbirlər, TV və radio kanallarla əlaqələrin yaradılması və koordinasiyası, Şirkətin təbliğ olunmasını dəstəklənməsi və monitorinqi;
  • Şirkətin cari fəaliyyətininin KİV-də işıqlandırılmasının təmin edilməsi;
  • KİV tərəfindən daxil olan informasiya sorğularının cavablandırılması;
  • İctimaiyyətlə əlaqələr sahəsi üzrə materialların hazırlanması və redaktə edilməsi;
  • Şirkətə məxsus xəbərlər haqqında press-relizlərin yazılması, rəhbər şəxslərlə müsahibələrin təşkili və hazırlanması;
  • Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi;
  • Marketinq planı üzrə icra edilən işlər haqqında hesabatların hazırlanması
  • Loyallıq sistemi üzrə planın hazırlanması, həyata keçirilməsi və monitorinqi
  • Şirkət brendinin nüfuzunun qorunmasında iştirak etmək;
  • "Carçı" jurnalı və bülletenlərin hazırlanması;
  • Sosial şəbəkələrə daxil olan şikayətlər üzrə işləmək;
  • Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi;
  • İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması;
  • Birbaşa rəhbərin və o cümlədən şuranın/komitələrin tapşırıqlarını yerinə yetirmək;
  • Birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Əmək Haqqı:  600-650 AZN

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

 

  • Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  "Marketinq və PR üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.