940 Daxil ol

Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin Aparıcı mütəxəssisi

29.10.2021

Namizədə tələblər

 

  • Yaş: 25-40
  • Təhsil: Ali və ya orta texniki
  • İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 2 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)

Texniki biliklər:

  •  MS Office (2010, 2016) proqram təminatının və Windows əməlliyat sistemlərinin (7, 8, 8.1, 10) administrator səviyyəsində bilmək.
  •  Sadə LAN şəbəkələrin qurulması, Marşrutlanma avadanlıqlarının (Routers) , Paylayıcıların (Switches) və WIFI avadanlıqlarının (Access Points) iş prinsipinin bilməsi, quraşdırılması və sazlanması,. İP adresslərin hesablanması və paylanması.
  •  Windows Server 2012r2/2016 və əsas rolları üzrə biliklər (Active Directory, Group Policy, DNS, DHCP, Fileserver, Print server )
  • Server avadanlıqlarla işləmə bacarığı, Storage-lərin idarə olunması, RAID-lər üzrə biliklər.
  • Microsoft Exchange server üzrə biliklər.
  • Virtualizasiya sahəsində ümumi biliklər (VMWare, Hyper-V).
  • IP telefoniya (3CX Phone) üzrə və mobil avadanlıqlarla (GSM gateway) iş təcrübəsi arzuolunandır.
  • Sənəd dövriyyəsi (Wss-docs) və İT ticket sistemləri (ManageEngine ServiceDesk) üzrə iş təcrübəsi arzuolunandır.

             Şəxsi keyfiyyətlər

 

  • Analitik təhlil və operativlik bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

  Əsas vəzifə öhdəlikləri

Aparıcı mütəxəssisin vəzifə öhdəlikləri aşağıdakılardır:

  • Əməkdaşların IT avadanlıqlar və proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti, məlumatlandırılması və konsultasiyasını həyata keçirmək;
  • Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırılmaq;
  • “Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərinin qəbulu, işlənilməsi və müraciətlərin  həll prosesinə nəzarəti həyata keçirmək;
  • Şirkət təlabatlarının maksimal dərəcədə ödənilməsi üçün zəruri olan proqram təminatının seçilməsində kömək göstərmək;
  • Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq;
  • Əməkdaşlar üçün iş yerlərinin yaradılmasını və yerdəyişmələri həyata keçirmək;
  • Şirkətə məxsus stasionar kompyuter, noutbuk və android/IOS platformalı qurğuları sazlamaq, kompüter və çap maşınlarında nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
  • Lisenziyalı proqram təminatının qeydiyyatını aparmaq;
  • Əməkdaşların IT sahəsinə aid ümumi suallarını cavablandırmaq;
  • Birbaşa rəhbərlərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.

                    İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqı sınaq müddətində 900 - 1100 AZN
  • Sınaq müddətindən sonra 1000 - 1200 AZN

 

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.

Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.  

Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.