940 Daxil ol

Telemarketinq şöbəsinin mütəxəssisi

13.03.2023

 

Namizədə tələblər

  • Yaş: 22-30
  • Cinsi: qadın
  • Təhsil: Natamam Ali, Ali
  • İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) təcrübə arzuolunandır
  • Dil bilikləri: Azərbaycan (əla), Rus və İngilis (arzuolunandır)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

  • Ünsiyyət qurmaq bacarığı
  • Yüksək nitq mədəniyyəti
  • Yüksək təqdimat bacarığı
  • Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı  

Əsas vəzifə öhdəlikləri

  • Telefon vasitəsilə sığorta məhsullarının satışı
  • Online alış və sorğuların cavablanması və monitorinqi
  • Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 10:00 – 17:30,
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək + motivasiya

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur.
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini  recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq şöbəsinin mütəxəssisi”qeyd etmələri xahiş olunur.