Daşınmaz əmlak qədər, daşınar əmlakın da həm maddi, həm də mənəvi dəyəri hər kəs üçün önəmlidir. Bu səbəbdən də əşyalarımıza zərər gəlməsini istəmərik. Eləcə də əşyalarımıza dəyən zərər büdcəmizə dəyəcək zərəri də özü ilə gətirər. Belə hallarda isə narahat olmağa əsas yoxdur , çünki maddi zərərinizi xəfiflədəcək “Arxayın sakin” köməyinizə çatacaq!
“Arxayın sakin” elektronika, məişət texnikası və s. bu kimi daşınar əmlakını sığortalamaq istəyən fiziki şəxslər üçün nəzərdə tutulmuş sığorta məhsuludur.
Sığorta riskləri:
• Yanğın
• İldırım çaxması
• Partlayış
• Fırtına , tufan, qasırğa
• Dolu
• Sel (daşqın)
• Torpaq sürüşməsi
• Zəlzələ
• Təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi (fiziki toxunması)
Sığorta haqqı | Sığorta təminatı | Azadolma məbləği |
---|---|---|
50 AZN | 5 000 AZN | Sığorta məbləğinin 2%-i, lakin tam məhv olma zamanı sığorta məbləğinin 10%-i |
75 AZN | 10 000 AZN | Sığorta məbləğinin 2%-i, lakin tam məhv olma zamanı sığorta məbləğinin 10%-i |
100 AZN | 15 000 AZN | Sığorta məbləğinin 2%-i, lakin tam məhv olma zamanı sığorta məbləğinin 10%-i |