940 Daxil ol

Ev Sığortası

Ev sığortası və qiyməti haqqında

 

Ev sığortası etdirməklə siz bir çox maddi çətinlikdən yaxa qurtara bilərsiniz. Çünki Daşınmaz əmlak sığortasının etdirlməsinin əsas məqsədi əmlak sahiblərinə və ətraf mənzilərə dəyə biləcək maddi ziyanının sığorta şirkətləri tərəfindən ödənilməsidir. 
Ev sığortası etdirildikdən sonra yarana biləcək aşağıdakı hallarda dəymiş ziyanlar sığorta şirkəti tərəfindən qarşılanacaqdır.
  •  yanğın, ildırım düşməsi;
  •  qazın partlayışı;
  •  elektrik naqillərində baş verən qısa qapanma;
  •  hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  • üçüncü şəxslərin hərəkətləri. 
  •  su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, 
  • habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  •  buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;
  • zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
 
 
 
 
Bu sığorta növü üçün qəbul edilmiş qiymətlər bölgələr və Bakı üçün fərqlidir. Ev sığortası qiyməti aşağıdakı şəkildə müəyyən olunmuşdur.
 
  • Bakı şəhəri üçün 50 manat, 
  •  Gəncə, Sumqayıt və Naxçıvan üçün 40 manat, 
  •  digər bölgələr üçün isə 30 manat məbləği müəyyənləşdirilmişdir.
 
Onlayn ev sığortası etdirtmək mümkündür.  Bunun üçün etibar edəcəyiniz sığorta şirkəti tapmalı, daha sonra isə həmin şirkətin veb saytına daxil olaraq özünüz üçün hesab yaratmalısınız. Əməkdaşlarla əlaqə yaradaraq digər proseslər haqqında ətralı məlumat əldə edə bilərsiniz. online Ev sığortası;
  •  Vaxta qənaət
  •  Rahatlıq
  •  İşlərin qısa zamanda yekunlaşması
  •  Ən əsası isə cibə qənaətdir. 
 
 
Whatsapp-a yaz