940 Daxil ol

Ev sığortası Qiymətləri

Ev sığortası qiymətləri haqqında

 

Ev sığortası qiymətləri ilə saytımızdan tanış ola bilərsiniz. Artıq ölkəmizdə daşınmaz əmlak sahiblərini maddi ziyandan azad etmək, onların tam təhlükəsiz şəkildə yaşamalarını təmin etmək üçün müxtəlif növ sığortların təşkili mümkündür. Onlardan ən əsası Daşınmaz Əmlakın İcbari Sığortasıdır ki, siz Atəşgah Sığorta vasitəsilə qısa müddətə əldə edə bilərsiniz. 
 
Qanunvericilikdə yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilmişdir. 
Bakı şəhərində yerləşən mənzilləri 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən mənzilləri 40 manat, Digər yaşayış məntəqələrində yerləşən mənzilləri 30 manat məbləğində icbari sığorta etdirmək mümkündür. 
Bakı şəhəri üzrə qeyd olunan məbləğdə icbari sığorta etdirib hadisə baş verdikdə 25.000 manatadək, azadolma məbləği 250 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən mənzilləri göstərilən məbləğdə icbari sığorta etdirib hadisə baş verdikdə 20.000 manatadək, azadolma məbləği 200 manat, digər bölgələr üçün isə 30 manat məbləğində sığorta etdirərək hadisə baş verdikdə 20.000 manatadək (azadolma məbləği 150 manat) məbləğdə təmiant ala bilərsiniz.
 
Sadalanan qiymətlər ev sığortası Azerbaycan üçün nəzərdə tutulmuşdur. Siz daşınmaz əmlakınızı sığorta etdirdiyiniz təqdirdə;
 
  • yanğın, ildırım düşməsi;
  • qazın partlayışı;
  • elektrik naqillərində baş verən qısa qapanma;
  • buxar qazanlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların, qaz anbarlarının  və ya cihazların partlayışı;
  •  su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;
  •  hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması;
  • yerüstü nəqliyyat vasitəsinin dəyməsi;
  •  zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;
  •  üçüncü şəxslərin hərəkətləri nəticəsində daşınmaz əmlakınız zədələnmiş, məhv olmuş, itkiyə məruz qalmış hesab olunacaq və dəymiş ziyan hesablanaraq təzminat ödəniləcəkdir.
 
Ev sığortası Azerbaycan Respublikası qanunvericiliyinə əsasən icbari sığorta növünə aid edilmişdir. Atəşgah Sığortaya müraciət edərək istənilən növ sığortanı bizdən əldə edə bilərsiniz. Peşəkar komandamız daim sizin xidmətinizədir. 
Whatsapp-a yaz