940 Daxil ol

Onlayn İcbari Nəqliyyat Sığortası

Onlayn icbari nəqliyyat sığortası haqqında

 

Onlayn icbari nəqliyyat sığortası sayəsində siz, maddi olaraq sizə dəyə biləcək ziyanlardan azaqd ola biləcəksiniz. 
Avtomobillərin sığorta olunması olduqca vacibdir. Bütün sürücülər bunu nəzərə almalı və ehtiyatı əldən verməməlidir. Çünki ölkədəki nəqliyyat sıxlığı sayəsində tez-tez qəzalar baş verə bilir ki, bu da hər iki tərəf üçün maddi və mənəvi ziyanla başa çatır. 
 
Avtomobillərin icbari sığortası haqqında bütün qanunlar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü fəslində qeyd olunmuşdur. 
 
Qəza halları baş verdikdə, avtomobil sahibləri xeyli miqdarda məbləğ ödəyərək maddi ziyana uğrayırlar. İcbari sığorta sayəsində isə avtomobilinizə dəymiş ziyanı ödəməkdən azad ola bilərsiniz. 
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zamanı ödəniləcək məbləğlər:
 
  • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min) AZN
  • Ümumi olaraq sağlamlığa dəyən zərər üzrə - 50 000 (əlli min) AZN
  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min) AZN
  • Bir hadisə üzrə - 55 000 (əlli beş min) AZN  
Whatsapp-a yaz