ASA-nın Həyat Sığortası Komitəsinin iclası keçirilib

23.11.2015

Noyabrın Azərbaycan Sığortaçılar Assosiasiyasında, təşkilatın Həyat Sığortası Komitəsinin növbəti iclası keçirilib. Fins.az-ın ASA-ya istinadən məlumatına görə, iclasda adı çəkilən komitənin sədri - “PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, həmçinin həyat sığortası sahəsində fəaliyyət göstərən “Atəşgah Həyat”, “Paşa Həyat” və “Qala Həyat”sığorta şirkətlərinin aktuarları, maliyyə məsələləri üzrə məsul şəxsləri iştirak edib.

Görüşdə həyat sığortası şirkətlərinin məcmu kapitallarının hesablanması ilə bağlı, həmçinin həyat sığortası üzrə tarif dərəcələrinin yeni qayda ilə hesablanması ilə bağlı müzakirələr aparılıb, hər iki mövzu üzrə təkliflərin hazırlanaraq növbəti görüşdə komitəyə təqdim olunması qərara alnıb.