İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik.
Məhz “Atəşgah” Sığorta Şirkəti Sizin harada olmağınızdan asılı olmayaraq, bütün dünyada təhlükəsizliyinizi qoruyur və buna zəmanət verir.
Sığorta təminatı:
Siz istənilən zaman günün 24 saatında xarici ölkələrdə fəaliyyət göstərən mərkəz ilə aşağıdakı əlaqə nömrələri vasitəsilə zəng etməklə yardım ala və qayğı ilə əhatə oluna bilərsiniz:
Misir: +2 02 24137311
Türkiyə: +90 242 310 28 29
Digər ölkələr: +90 242 310 28 30
Sizin arxayın səyahətiniz bizim təminatımız altındadır !
Whatsapp-a yazSığorta haqqı səyahət müddəti və məqsədindən, sığorta paketi, əhatə dairəsindən və sığortalının yaşından asılı olaraq dəyişilir. Səyahətə getməmişdən əvvəl sığorta agentinə bütün məlumatı təqdim etməlisiniz və bundan asılı olaraq sığorta haqqı dəyişəcəkdir.
Sığorta şəhadətnaməsi ilə seçmiş olduğunuz sığorta paketindən asılı olaraq aşağıdakıları:
Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclər* *Ürək-damar xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə limit - 5000
Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi daşınma xərcləri
Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı repatriasiya xərcləri
Fərdi qəza nəticəsində sığorta olunanın vəfat etməsi
Fərdi qəza nəticəsində sığorta olunana birinci dərəcəli əlilliyin təyin edilməsi
Xaricə səfər zamanı baqajın sığortası
Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsi
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi (* Şərtsiz gözləmə müddəti - 1 gün; Gündəlik limit - 120)
Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası
Tibbi xərclərlə bağlı Sığorta şəhadətnaməsində (Polisdə) göstərilən nömrə vasitəsilə Servis Mərkəzinə məlumat vermək lazımdır. Digər sığorta hallarında birbaşa Sığorta Şirkətinin qaynar xəttinə müraciət edilir
Tibbi xərcləri özünüz ödədiyiniz təqdirdə, səfərdən qayıtdığınız tarixdən 30 təqvim günü ərzində ərizə və müvafiq sənədlərlə Sığorta Şirkətinə müraciət edə bilərsiniz.
Sığorta Şirkətinin qaynar xəttinə zəng edib sənədlərin siyahısını dəqiqləşdirmək mümkündür. Əgər Servis Mərkəzinə məlumat vermək mümkün olmamışdırsa (bu hal müvafiq qaydada təsdiq edilməklə), bunu ilk imkan olduqda etməlisiniz. Unutmayın ki, Sığorta Şirkətinin Servis Mərkəzi ilə razılaşdırılmamış xərcləri ödəməmək hüququ vardır.