Səhhətinizdə hər hansı narahatçılıq yarandığı zaman kartın üzərindəki nömrələrlə əlaqə saxlayıb həkimə
yazılırsınız.
Əvvəlcə təminat şərtləri ilə tanış olmaq lazımdır, sonra (012) 940, (012) 497 17 37, (012) 497 17 67 nömrələri ilə SŞ-nin Tibbi Yardımın Təşkili şöbəsinə müraciət etmək lazımdır.
Sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti; o cümlədən sığorta paketinə daxil olan digər xidmətlər təmin edilir.
Sığorta xidmətlərindən istifadə etmək üçün sadəcə qaynar xəttə müraciət edərək ad,soyad və təqdim olunan sığorta kartının nömrəsini qeyd etmək kifayətdir.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği , əmlakın yerləşdiyi şəhərdən asıllı olaraq 15 000, 20 000 və 25 000 AZN təşkil edir.
İcbari əmlak sığortası üzrə sığorta hadisəsi baş verərsə (012) 940 nömrəyə zəng edin.
Daşınmaz əmlakın icbari sığortası üzrə zərərlərin qarşılanması 7 iş günü ərzində həyata keçirilir
Əmlak sığortası üzrə sığorta hadisəsi baş verdikdə zərərin ödənilməsi yalnız sığortalı şəxsə təqdim edilir.
Daşınmaz əmlakın icbari sığortası üzrə Sığorta tələbi 3 iş gün ərzində verilə bilər.
Səfər sığortası üzrə sığorta haqqı səyahət müddəti və məqsədindən, sığorta paketi, əhatə dairəsindən və sığortalının yaşından asılı olaraq dəyişilir. Səyahətə getməmişdən əvvəl sığorta agentinə bütün məlumatı təqdim etməlisiniz və bundan asılı olaraq sığorta haqqı dəyişəcəkdir.
Səfər sığortası sığorta şəhadətnaməsi ilə seçmiş olduğunuz səyahət sığortası paketindən asılı olaraq aşağıdakıları:
Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclər* *Ürək-damar xəstəliklərinin terapevtik və cərrahi müalicəsi üzrə limit - 5000
Səfər sığortası üzrə bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi daşınma xərcləri
Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı repatriasiya xərcləri
Fərdi qəza nəticəsində sığorta olunanın vəfat etməsi
Fərdi qəza nəticəsində sığorta olunana birinci dərəcəli əlilliyin təyin edilməsi
Səfər sığortası ilə xaricə səfər zamanı baqajın sığortası
Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsi
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi (* Şərtsiz gözləmə müddəti - 1 gün; Gündəlik limit - 120)
Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası
Tibbi xərclərlə bağlı Sığorta şəhadətnaməsində (Polisdə) göstərilən nömrə vasitəsilə Servis Mərkəzinə məlumat vermək lazımdır. Digər sığorta hallarında birbaşa Sığorta Şirkətinin qaynar xəttinə müraciət edilir
Tibbi xərcləri özünüz ödədiyiniz təqdirdə, səfərdən qayıtdığınız tarixdən 30 təqvim günü ərzində ərizə və müvafiq sənədlərlə Sığorta Şirkətinə müraciət edə bilərsiniz.
Sığorta Şirkətinin qaynar xəttinə zəng edib sənədlərin siyahısını dəqiqləşdirmək mümkündür. Əgər Servis Mərkəzinə məlumat vermək mümkün olmamışdırsa (bu hal müvafiq qaydada təsdiq edilməklə), bunu ilk imkan olduqda etməlisiniz. Unutmayın ki, Sığorta Şirkətinin Servis Mərkəzi ilə razılaşdırılmamış xərcləri ödəməmək hüququ vardır.
Səfər sığortası müqavilə üzrə qeyd edilən sığorta müddəti ərzində etibarlıdır.
Səfər sığortası əldə etmək üçün yaş məhdudiyyəti yoxdur.
Üçüncü şəxs dedikdə, sığortalının hərəkət və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər başa düşülür. Fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni zamanda, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan şəxslər üçüncü şəxs hesab olunmur.
Dövlət qeydiyyat nışan nömrəsini 9707 nömrəsinə SMS göndərərək, https://isb.az/ saytına baxaraq və ya https://polis.ateshgah.com/clientportal/login şəxsi kabinetdən qeydiyyatdan keçərək İcbari avtomobil sığortası üzrə qüvvədə olan sığorta müqaviləsini yoxlaya bilərsiniz.
Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin avtomobilinə və ya əmlakına zərər vurularsa və zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi 5000 manatı aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi ümumi sığorta məbləğinin (5000 manatın) ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3-cü şəxsin əmlakına və sağlamlığına dəyən zərərin ödənişi
Bonus-malus sistemi sığorta şirkətləri və İcbari Sığorta Bürosu (İSB ) tərəfindən avtomobil sığortası mükafatlarını təyin etmək üçün istifadə edilən üsuldur. Bu sistem sığortalının sığorta müddəti ərzində qəzasız olduğu halda sığorta haqlarının azaldılmasını (bonus), bədbəxt hadisə zamanı isə sığorta haqlarının artırılmasını (malus) təmin edir. Bu sistemə əsasən İcbari Sığorta Bürosu (İSB ) nəzarət edir.
Sığorta predmeti satıldıqda və ya artıq mövcud olmadıqda müqavilə birmənalı olaraq xitam olunur. Sığorta şirkətinə yazılı müraciət etməklə xitam üzrə qaytarılacaq vəsait yeni yazılan sığorta polisinə yönləndirilə bilər.
Hər bir halda yeni alınan avtomobilin marka və modelindən asılı olaraq yeni sığorta tarifi avtomobilin cari sığorta dəyərinə nisbətinə uyğun olaraq hesablanılır.
Sığorta tələbi ilə bağlı olan proseslər tələb olunan sonuncu sənəd təqdim edildikdən 1 həftə ərzində başa çatır.
İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə görə, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
KASKO üzrə sığorta məbləği sığorta şəhadətnaməsində nəqliyyat vasitəsinin bazar dəyərinə müvafiq olaraq təyin edilir.
Sığorta hadisəsi baş verdikdə Sığortalı dərhal Sığortaçıya 7/24 əlaqə telefonu: (012) 940, sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq Dövlət Orqanlarına məlumat verməlidir.
Kasko üzrə sığorta hadisəsi baş verərsə əməkdaşımız və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməməlidir və hadisə yerini tərk etməməlidir.
Sığorta qaydalarının və sığorta müqaviləsinin pozulduğu, habelə zədələnmiş nəqliyyat vasitələrinin müstəqil olaraq tam və ya qismən təmiri.
Sığorta olunan Atəşgah SŞ ilə əməkdaşlıq etməyən tibb müəssisəsi və ya həkimdə müayinə keçməsi haqqda məlumatı SŞ-nin Tibbi Yardımın Təşkili şöbəsinə əvvəlcədən bildirməlidir.
Sığorta olunan tibbi xidmətlərdən keçdikdən sonra SŞ-nə tibb müəssisəsi göstərilməklə aşağıdakı sənədləri təqdim etməlidir:
• ödənilmiş hesabın əsli (qəbz)
• göstərilən xidmətlərin siyahısı və qiymətləri
• ambulator və ya stasionar xəstənin tibbi kartından çıxarış
• ərizə (sənədlər təqdim edildiyi zaman yazıla bilər)
• şəxsiyyət vəsiqəsinin və sığorta kartının surəti
• sığorta olunanın adına Bankda açılan hesabdan çıxarış (əmək haqqı hesabı istisna olmaqla).
Sənədlər tibbi xidmətlərin göstərildiyi vaxtdan bir aydan gec olmayan müddətdə Atəşgah SŞ-nə təqdim edilməlidir, şirkətə yaxınlaşaraq və ya kuryer xidməti vasitəsi ilə (ünvan:Ceyhun Hacıbəyli küç. 218, Baku Az1007). Sənədlərin qəbulu tibbi ekspertiza əməkdaşları tərəfindən şənbə və bazar günləri istisna olmaqla saat 09:00-17:30 radələrində qəbul edilir (13:00-14:00 -nahar fasiləsi).
Ödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim edilməsindən sonra 15 iş günü ərzində həyata keçirilir. Ödənişin məbləği sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin orta qiyməti nəzərə alınmaqla təyin edilir.
Yük sığortası – yükün daşınması prosesində baş vermiş müxtəlif sığorta hadisələr nəticəsində dəymiş ziyan zamanı yük sahiblərinin əmlak maraqlarının müdafiəsi məqsədi daşıyan əmlak sığortasının bir növüdür.
Yükə dəyən zərər ekspert rəyinə əsasən müəyyən edilir.
Nəqliyyat vasitəsi növündən asılı olmayaraq,daşınan bütün növ yüklər sığorta obyektidir.