01.07.2023-cü il tarixində Cəbrayıl rayonunda "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığortalanmış Mitsubishi L200 markalı minik avtomobilinin yolun sağ kənarındakı betondan olan su arxına dəyməsi nəticəsində qəza baş vermişdir.
Hadisə ilə bağlı sığortalanmış minik avtomobilinə dəymiş maddi zərər “Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi tərəfindən qiymətləndirilmiş və sığortalıya 30 358 AZN (otuz min üç yüz əlli səkkiz manat) məbləğində sığorta ödənişi edilmişdir.