940 Daxil ol

19 mart tarixində “Atəşgah” Şirkətlər Qrupu daxilində keçirilən futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

19.03.2026

Turnirin qalibi olan Korporativ komandası yarışın əsas mükafatı sayılan kuboku qazanıb. AtəşStar komandası ikinci, Tənzimləmə komandası isə üçüncü yeri tutaraq medallarla təltif edilib. Həmçinin, yarışda iştirak edən digər komandalar da öz mübarizələrinə görə xüsusi təltifnamələr ilə mükafatlandırılıblar.

 

Ümumilikdə isə bütün iştirakçı komandalar yarış boyunca əsl mübarizə əzmi və həmrəylik nümayiş etdirərək, turnirin yüksək səviyyədə keçirilməsinə töhfə veriblər.