Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə əməkdaşlıq əsasında həyata keçirilib. Müqəddəs Ramazan ayı səbəbindən qan verənlərin sayında müəyyən azalma müşahidə olunduğunu nəzərə alaraq, şirkətimiz korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq bu təşəbbüsü reallaşdırıb. Aksiyanın əsas məqsədi, qana ehtiyacı olan və xüsusilə qan xəstəlikləri ilə mübarizə aparan uşaqların ehtiyaclarını qarşılamağa dəstək olmaqdır.”Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev başda olmaqla, şirkətimizin əməkdaşları aksiyada böyük həvəslə iştirak edərək, qan vermə prosesində yüksək həmrəylik nümayiş etdiriblər.
Bu təşəbbüs şirkətimizin sosial məsuliyyət dəyərlərinə sadiqliyini bir daha əyani şəkildə nümayiş etdirdi. Şirkət olaraq, gələcəkdə də eyni prinsiplərlə bu cür layihələrlə cəmiyyətə faydalı olmağa davam edəcəyik!