Şirkətimizin 30 illik yubileyi çərçivəsində həyata keçirilən “30 il - Sonsuz ümid” layihəsi, Mərkəzdə müalicə alan uşaqlara unudulmaz anlar yaşatdı. Qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə uşaqlar üçün əyləncəli və maraqlı şoular təşkil olundu, həmçinin onlara şirkətimiz adından müxtəlif hədiyyələr də təqdim edildi. Bununla yanaşı, Mərkəzdə daha mürəkkəb müalicə prosesi keçən uşaqlar da diqqətdən kənarda qalmayıb. Belə ki, Marketinq kollektivi Novruz personajları ilə birgə uşaqları ziyarət edərək onlara sevinc bəxş ediblər. Onu da qeyd etmək istərdik ki, 11 mart tarixində şirkətimiz tərəfindən təşkil olunan qanvermə aksiyası çərçivəsində toplanan qan ehtiyatları da məhz Mərkəzdə müalicə alan uşaqların müalicəsində istifadə olunacaq. Tədbir Mərkəz rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, sonda isə şirkətimizə bu xeyirxah təşəbbüsə görə təşəkkür məktubu təqdim edilmişdir.
Bu layihə şirkətimizin 30 illik fəaliyyətinin yalnız işgüzar uğurlarla deyil, həm də cəmiyyətə verdiyi töhfələrlə yadda qalacağının bir nümunəsidir.