“Atəşgah Həyat Sığorta”nın rəhbəri dəyişdi

26.12.2016

“Atəşgah Həyat Sığorta”nın rəhbərliyində dəyişiklik olub. Fins.az-ın məlumatına görə, şirkətin idarə heyətinə Azər Əliyev sədr təyin edilib. O bu vəzifədə Əkbər Mədətlini əvəzləyib. Əkbər Mədətli isə öz növbəsində “Atəşgah Sığorta”nın idarə heyətinin sədrinin birinci müavini seçilib.

Qeyd edək ki, Azər Əliyev buna qədər “Atəşgah Sığorta”nın idarə heyətinin sədr müavini olub.