“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri sığorta ödənişləri həyata keçirib

01.01.1970

“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.

 Belə ki, “Atəşgah Həyat” SŞ - də sığortalanmış neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən müəssisənin işçisi ayağına dəmir parçası düşməsi nəticəsində əmək qabiliyyətini müddətsiz itirməklə əlillik dərəcəsi almışdır. Bu hadisə üzrə 82 140 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 

 Bundan əlavə, eyni sahənin digər müəssisəsinin işçisi platformada təmir işləri zamanı xəsarət alaraq vəfat etmişdir. Bu hadisə üzrə faydalanan şəxslərə (həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları) ümumilikdə 75 647 AZN məbləğində sığorta ödənişi verilmişdir. 

 Digər sığorta ödənişi ticarət müəssisəsinin işçisinin  yol-nəqliyyat hadisəsi nəticəsində vəfatına görə həyata keçirilmişdir.  Şirkət  tərəfindən faydalanan şəxslərə (ailə üzvləri) ümumilikdə

35 145 AZN sığorta ödənişi edilmişdir.

 

Başqa hadisə sənaye müəssisəsi işçisinin cərəyan vurması nəticəsində vəfatı ilə əlaqədardır. Şirkət tərəfindən faydalanan şəxsə (təqaüdçü valideyni) 18 202 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

 

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.