“Atəşgah Sığorta” nizamnaməsini dəyişir

07.12.2015

Yanvarın 8-də “Atəşgah Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az-ın şirkətə istinadən yaydığı məlumata görə, yığıncağın gündəliyində “Atəşgah Sığorta”nın müstəqil auditorunun seçilməsi, cəmiyyətin təftiş komissiyasına üzv seçilməsi, daxili audit xidməti rəhbərinin seçilməsi, eləcə də şirkətin nizamnaməsinə dəyişikliyin təsdiq edilməsi kimi məsələlər var.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, N.Yusifbəyli prospekti 75 B ünvanında, “Atəşgah Sığorta” şirkətinin inzibati binasında olacaq.

test