Hər zaman yüksək etibarlılıq, sabitlik və biznesdə şəffavlığı əsas tutaraq fəaliyyət göstərən “Atəşgah” Sığorta Qrupunun sosial məsuliyyət olaraq missiyası Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaqdır.
23 ildir ki, Azərbaycanın sığorta sektorunda olan “Atəşgah” SQ missiyasına və vizyonuna uyğun olaraq dövlətimizin təşkil etdiyi tədbirlərə dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fonduna” maliyyə yardımına qoşulmağa qərar vermişdir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsini nəzərə alaraq, ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədi ilə “Atəşgah” Sığorta Qrupu sosial həmrəylik nümaiş etdirmiş və virusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə öz mənfəəti hesabına 100 000 AZN məbləğində maliyyə vəsaiti ayırmişdir.
Ətraf mühitin mühafizəsi üzrə bir sıra layihələr həyata keçirən “Atəşgah” SQ bu dəfə korporativ sosial məsuliyyəti və dövlət vətəndaş birliyini öndə tutaraq, Respublikamızda yarana biləcək sosial böhranın qarşısının alınması üçün atdığı bu addımın, digər maliyyə qurumlarının virusla mübarizədə dəstəklərinə təkan yaradacığına inanır.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.