“Atəşgah” Sığorta Qrupu “Sevək, qoruyaq, arxayın yaşayaq” fotomüsabiqəsi ilə bağlı sərgi keçirəcək

13.11.2013

 “Atəşgah” Sığorta Qrupu “Sevək, qoruyaq, arxayın yaşayaq!” fotomüsabiqəsini yekunlaşdırıb. Qaliblərin adları iştirakçıların foto işlərindən ibarət sərginin açılışına həsr olunmuş təntənəli tədbir çərçivəsində açıqlanacaq. Üç gün davam edəcək sərginin açılışı 16 noyabr 2013-cü il tarixində  19.00-da QGallery (Ünvan: İçərişəhər, Qüllə küç,6) rəsm qalereyasında keçiriləcək.

“Atəşgah” SŞ-nin əməkdaşları, tərəfdaş və müştəriləri sərgini 17-18 noyabr tarixlərində ziyarət etmək imkanı əldə edəcək.

Fotomüsabiqənin bütün iştirakçılarına “Atəşgah” Sığorta Qrupu adından sertifikatlar da təqdim olunacaq. Qaliblərin işləri xüsusi kataloqda öz əksini tapacaq.

Xatırladaq ki, fotomüsabiqə “Atəşgah” Sığorta Qrupunun Vizyon və Missiyası çərçivəsində keçirilib. Belə ki, Sığorta Qrupu ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etməklə yanaşı, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə də çalışır. Bu səbəbdən fotomüsabiqə insan və təbiətin qarşılıqlı əlaqələrinin müxtəlif aspektlərinə, təbiətdən istifadəyə, iqtisadi sahələrin inkişafına və onların ətraf mühitlə qarşılıqlı əlaqələrinə həsr edilmişdi.

 

test