“Atəşgah” Sığorta Şirkəti 20 illik yubileyi çərçivəsində xeyriyyə tədbiri keçirib

25.11.2016

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” 20 illik yubileyi çərçivəsində tədbirlər planı hazırlamışdır. Bu plan çərçivəsində 24-25 noyabr 2016-cı il tarixlərində Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta məktəbdə xeyriyyə aksiyası keçirilib. “Atəşgah” Sığorta Şirkəti və onun tərəfdaşı “Avrasiya” Hospitalının birgə təşkilatçılığı ilə “Sağlam gələcək” layihəsi çərçivəsində baş tutan tədbir zamanı məktəb şagirdləri pulsuz oftalmoloji müayinədən  keçib, onlara lazimi tövsiyyə və məsləhətlər verilib.                                                           

Məktəbin direktoru Ağasəid Orucovun sözlərinə görə, ilk dəfə belə bir aksiya keçirilən təhsil ocağında 700-ə yaxın şagird təhsil alır. “Atəşgah” SŞ bundan sonra da sosial məsulıiyyət konsepsiyası çərçivəsində bir çox tədbir və aksiyalar keçirmək niyyətindədir.