940 Войти

“Atəşgah” Sığorta Şirkəti İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görüldü!

31.01.2020

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti fəaliyyətinin keyfiyyətini və etibarlılığını artırmaq məqsədi ilə  2019-cu ildə İSO 9001:2015 - Keyfiyyət Menecmenti Sistemi üzrə audit yoxlamasından keçmişdir.

“Atəşgah” Sığorta Şirkəti ASC–də “Bureau Veritas” şirkəti tərəfindən keçirilən audit nəticəsində “Keyfiyyət Menecmenti Sistemi” üzrə fəaliyyətinin və xidmət keyfiyyətinin beynəlxalq standartlara tam uyğunluğunu İSO 9001:2015 sertifikatı ilə təsdiq etmişdir.

Qeyd edək ki, “Atəşgah” SŞ İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində, keyfiyyətə nəzarət üzrə ilk sertifikatını 2003-cü ildə almışdır.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərir.