“Atəşgah” Sığorta Şirkəti KASKO üzrə 2.8 mln AZN ödəniş edib

18.12.2014

Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti noyabr ayı ərzində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.

Belə ki, Quba-Xaçmaz yolunun 10-cu km-də şirkət tərəfindən sığortalanmış “Volkswagen Polo” markalı avtomobil maneə ilə toqquşmuşdur. Həmin hadisə üzrə müştəriyə 10.900 AZN məbləğində sığorta ödənişi verilmişdir.

Quba şəhərində də analoji hadisə baş vermişdir. “Nissan Qashqai” markalı avtomobil qeyd edilən şəhərin ərazisində maneə ilə toqquşmuşdur. Nəticədə müştəriyə 9.863 AZN məbləğində sığorta ödənişi verilmişdir.

 Ümumiyyyətlə, “Atəşgah” SŞ tərəfindən 2014-cü ilin yanvar- noyabr ayları ərzində KASKO üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği  2.8 mln. AZN təşkil edir.