“Atəşgah" Sığorta Şirkəti yanvar ayında ən böyük ödənişlərini açıqlayıb

02.02.2016

“Atəşgah”  Sığorta Şirkəti yanvar ayında ən böyük ödənişlərini açıqlayıb. Ən böyük ödənişlər avtomobil qəzaları ilə bağlı olub. İki avtomobilə görə, ümumilikdə 59 229 manat sığorta ödənişi edilib. 

Sığorta hadisələrindən biri ötən il iyunun 6-da Bakı şəhəri, Binəqədi şossesində baş verib. Könüllü sığorta növü üzrə sığortalanmış “Hyundai Genesis” “İJ 2717” markalı avtomobillə toqquşma nəticəsində zədələnib. Həmin hadisə üzrə müştəriyə 16 729 manat məbləğində sığorta ödənişi verilib.

Sığorta hadisələrindən biri yeni ilin ilk günü Bakı şəhərində baş verib. Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində kasko sığortalı “Audi A5” avtomobili qəzaya uğrayıb. Sükan arxasından sürücünün diqqəti yayınıb və qarşıdan gələn “Mitsubishi Pajero” avtomobilini vurub.

Avtomobilin diskləri əyildiyindən o yenidən ikinci dəfə digər ” İveco” markalı avtomobillə toqquşub.Qəza nəticəsində avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb. Dəymiş zərərlə bağlı avtomobilin sahibinə 42 500 manat məbləğində sığorta ödənişi verilib.

test