“Atəşgah” SŞ-nin təşkilatçılığı ilə “ADA” Universitetinin tələbələri arasında intellektual yarış keçirib.

27.11.2019

Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin təşkilatçılığı və  “ADA” Universitetinin dəstəyi ilə universitetin tələbələri arasında sığorta mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir sığorta sahəsinə aid suallardan ibarət olan intellektual yarış şəklində təşkil edilmişdir.

23 Noyabr tarixində “ADA” Universitetinin “Məclis” zalında keçirilən intellektual yarışda hər birində 5 tələbə olmaqla ümumilikdə 10 komanda iştirak etmişdir. Tələbələr sığorta ilə yanaşı, iqtisadiyyat, coğrafiya və informasiya texnologiyaları mövzusunda olan suallara da məharətlə cavab vermişdirlər. Sonda tədbir iştirakçılarının sığorta ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Yarışın qalibi olan 3 komanda tutduqları yerlərə uyğun olaraq müvafiq hədiyyələr qazanıblar. Gənclər arasında sığorta sahəsinin maarifləndirilməsi məqsədi ilə 1-ci yeri qazanaraq qalib gələn komanda üzvləri “Atəşgah” Sığorta Şirkətində 2 həftəlik təcrübə proqramı keçmək imkanı əldə etmişlər, həmçinin şirkətin İdarə Heyətinin sədri Azər Əliyevlə görüşərək iş həyatının ən maraqlı məqamları və ölkəmizdə sığortanın əhəmiyyəti mövzusunda olan söhbətdə iştirak edəcəklər. Yarışmanın 2-ci və 3-cü yerlərinin qalibləri də həmçinin  “Atəşgah” Sığorta Şirkətinin iş mühiti ilə tanış olmaq məqsədi ilə Şirkətin baş ofisində keçiriləcək ekskursiyaya qatılmaq imkanı əldə ediblər.

Ümumilikdə, “Atəşgah” Sığorta Şirkətinin təşkil etdiyi bu tədbir “ADA” Universitetinin nümayəndələri və tələbələri tərəfindən maraqla qarşılanmışdır.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.

test