“Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka Fondunun müvəkkil sığorta şirkətləri siyahısındadır

09.12.2016

Azərbaycanın aparıcı sığorta şirkətləri (SŞ) “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka  Fondunun  (AİF) müvəkkil sığorta şirkətləri siyahısına daxil edilib.

 Bu, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” ASC – nin vəsaiti hesabında ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka verilməsi Qaydası”na uyğun olaraq, 1 dekabr 2016-cı il tarixində hər iki şirkətlə AİF arasında bağlanmış Əməkdaşlıq haqqında Saziş çərçivəsində mümkün olmuşdur.

 Sazişə görə “Atəşgah Həyat” SŞ  AİF –in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, “Atəşgah” SŞ isə AİF – in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakın sığortalanmasını həyata keçirəcək. 

test