“Atəşgah” və “Atəşgah Həyat” Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görülmüşdür

27.04.2017

Azərbaycanın iri sığorta şirkətləri olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ üzrə cari ilin fevral ayından etibarən vergi orqanları tərəfindən keçirilən yoxlamalar artıq bitmişdir.

Qeyd edək ki, hər iki şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görülmüşdür. Müvafiq bildirişlər Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən təqdim edilib. Adıçəkilən yoxlamalarla əlaqədar bir sıra kütləvi informasiya vasitələrində Şirkətlərin fəaliyyətinə dair yayılan neqativ məlumatlar əsassız və həqiqətə uyğun deyil. Hər iki şirkətin iş rejimi

B.e.- Cümə günləri saat 9.00-dan 18.00-dək olsa da müştərilərin rahatlığını təmin etmək məqsədilə nahar fasiləsi zamanı da xidmət göstərilir.      

 Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildə təsis edilib. 2016-cı ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu (“Atəşgah” və “Atəşgah Həyat”) Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN olub. “Atəşgah” SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir. “Atəşgah” SQ regionlarda 14, Bakıda isə 10 filialı fəaliyyət göstərir.