Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi

16.08.2018

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirmişdir.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 57 748,56 AZN təşkil etmişdir. Sığorta olunan Türkiyədə səfərinin son günü avtomobil qəzası nəticəsində ağır xəsarət almışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxsin tibbi xərcləri “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.     

  “Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən növbəti ödəniş 15 643,96 AZN olmuşdur. Sığorta olunan ABŞ-ın Texas ştatında qırmızı odlu qarışqa sancması nəticəsində yaranan allergik reaksiya səbəbilə tibb müəssisəsinə aparılmış və tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.

 “Atəşgah” SŞ-nin 2018-ci ilin birinci yarimilliyi üzrə səfər sığortası üzrə həyata keçirdiyi digər ödəniş 15 259 AZN təşkil etmişdir. Sığorta olunan şəxsin İrlandiya Respublikasında səyahətdə olarkən yaranmış qastroentereloji şikayətlər səbəbilə stasionar müalicə zamanı bütün tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.