DIQQƏT! “Atəşgah” Sığorta Qrupu yeni müsabiqə elan edir!

24.04.2014

DIQQƏT!

“Atəşgah” Sığorta Qrupu yeni müsabiqə elan edir!

Müsabiqənin predmeti: “Universal açıqca üçün dizayn” 

Müsabiqənin şərtləri:

• Müsabiqədə iştirak pulsuzdur.
• Müsabiqədə 16 yaşından yuxarı peşəkar və ya həvəskar dizaynerlər iştirak edə bilər.

İşlər müsabiqəyə ilkin olaraq JPEG formatında, daha sonra isə vektor formatında konkurs@ateshgah.com ünvanına göndərilməlidir. 
• Bir müəllifdən istənilən sayda dizayn nümunəsi qəbul edilir.
• Müsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan dizayn işləri buraxılır. Əks halda iştirakçı müsabiqədə iştirak etməkdən kənarlaşdırılacaq. İnternetdən başqalarına məxsus dizayn işlərinin mənimsənilməsinə icazə verilmir.
• Digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir.
• İştirakçının istəyi ilə dizayn işləri götürülə və ya digərləri ilə əvəz edilə bilməz.
• Müsabiqə 24 aprel – 24 may 2014-cü il tarixlərində keçirilir.
Qalib işin qiymətləndirilməsi zamanı əsas kriteri kimi bədii və kreativ yanaşma nəzərə alınacaq. 

Mükafat fondu:
100 AZN;

Qalib iş əsasında açıqcalar dərc ediləcək, təqdimat, digər məqsədlər üçün (KİV, audio, video, WEB, çap məhsulu və s.) istifadə və nümayiş etdirmək hüququ “Atəşgah” SQ məxsus olacaq.