“Atəşgah Həyat” sığorta şirkəti 2015-ci ilin ən böyük ödənişlərini açıqlayıb. İlin ən böyük ödənişi istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə verilib.
İşdə baş verən partlayışda dünyasını dəyişdi - 101 023 manat
Belə ki, Bakıda yerləşən sənaye müəssisəsində baş vermiş partlayış nəticəsində bir nəfər sığortalı işçi vəfat edib. Onun ailəsinə bir dəfəlik olaraq 101 023 manat kompensasiya verilib.
Neft şirkətinin işçisini elektirik cərəyanı vurub - 61 508 manat
Digər hadisədə neft şirkətinin əməkdaşını elektrik cərəyanı vurub. Sığortalı işçi dünyasını dəyişib. Hadisə ilə bağlı bir dəfəlik 61508 ödəniş verilib.
İşdə aldığı xəsarətlərdən əlil oldu - 46 min manat
Dövlət müəssisələrindən birinin işçisi iş prosesi zamanı aldığı xəsarətlərdən əmək qabiliyyətini itirib. Bu hadisə üzrə 46 314 məbləğində birdəfəlik sığorta ödənişi həyata keçirilib.
Fins.az