2015-ci ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtomobillərin icbari sığortası üzrə 115 658 müqavilə qeydiyyata alınıb. İSB-dən verilən məlumata görə, bunlardan 15 921-i Azərbaycandan tranzit lə keçən xarici avtomobillər olub. Bu dövrdə sığorta müqavilələrindən 9,5 milyon manat sığorta haqqı toplanıb. Ötən ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 16%, sığorta haqlarının məbləğində isə 20% artım müşahidə edilib. Ümumilikdə bu ilin yanvar-iyul ayları ərzində avtomobillərin icbari sığortası üzrə 591 minə yaxın müqavilə bağlanıb və 45,8 milyon manat sığopta haqqı yığılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 15%, sığorta haqlarının məbləğində isə 20% artım var.
Fins.az